Menu

Ucarda intihara cəhd - 3 nəfər hündür binanın üstünə çıxdı...

02.03.2019, 14:24
Ucarda intihara cəhd - 3 nəfər hündür binanın üstünə çıxdı...

Ucarda intihara cəhd edilib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Hələlik kimlikləri məlum olmayan 3 nəfər rayon sakini hündür binanın üstünə çıxaraq özlərinə qəsd etmək istəyiblər.

Əraziyə dərhal hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunublar. Hazırda hər 3 şəxsi binanın üstündən endirmək üçün danışıq aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol