Menu

Gürcüstanda xüsusi əməliyyat keçirilib - 20-yə yaxın şəxs saxlanılıb

02.03.2019, 14:44
Gürcüstanda xüsusi əməliyyat keçirilib - 20-yə yaxın şəxs saxlanılıb

Gürcüstanın Poti və Senaki şəhərlərində polis xüsusi əməliyyat keçirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nəticədə 20-yə yaxın şəxs saxlanılıb.

Saxlanılan şəxslər polis bölməsinə aparılıblar. Onların evlərində axtarışlar həyata keçirilib.

Xüsusi əməliyyatın detalları barədə hələ məlumat verilmir.

Saxlanılan şəxslərin kriminal aləmlə əlaqəli olduqları bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol