Menu

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərin miqyasını azaltmaq niyyətindədir - «Röyter»

03.03.2019, 00:02
ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərin miqyasını azaltmaq niyyətindədir - «Röyter»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və Cənubi Koreya hakimiyyətləri illik birgə hərbi təlimlərin miqyasını azaltmaq niyyətindədir. Bu barədə cümə günü ABŞ-ın rəsmi nümayəndələrinə istinadla «Röyter» agentliyi xəbər verib.

Məlumata görə, Cənubi Koreya və ABŞ hərbçilərinin birgə hərbi təlimləri dünyada ən nəhənglərdən biri sayılır və bu il ənənəvi miqyas formatında keçirilməyəcək. Builki təlimlər əhatə dairəsinə görə, məhdud olacaq.

Agentliyin mənbələrindən biri xəbər verib ki, təlimlərin miqyasının ixtisarı barədə qərar hələ ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Vyetnamdakı görüşündən əvvəl qəbul olunub və ona görə də sammitin nəticələrindən biri sayılmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol