Menu

Abşeronda qadın dərman əvəzinə sirkə turşusu içdi

03.03.2019, 20:11
Abşeronda qadın dərman əvəzinə sirkə turşusu içdi

Abşeronda zəhərlənmə hadisəsi baş verib."Report"un məlumatına görə, hadisə Masazırda fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Əliyeva Turan Zakir qızı yaşadığı evdə səhvən dərman əvəzinə sirkə turşusu içib. Zəhərlənən qadın Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırlaşdığından xəstə Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol