Menu

Milli Şura mitinqin tarixini dəyişdi

18.10.2013, 20:04
Milli Şura mitinqin tarixini dəyişdi

Milli Şura oktyabrın 27-də aksiya keçirmək üçün Bakı meriyasına müraciət ünvanlayıb. Bunnu “Azadlıq” qəzetinə Milli Şuranın təmsilçisi Gülağa Aslanlı bildirib.

Prezident seçkilərinin nəticələrinə etiraz olaraq, oktyabrın 20-də Milli Şuranın aksiya keçirməklə bağlı məktubunun Bakı meriyasına çatmaması qurumu belə addım atmağa vadar edib.

G.Aslanlı oktyabrın 20-də aksiya keçirməklə bağlı Bakı meriyasına müraciətin oktyabrın 14-də Binəqədi poçtu vasitəsilə yola salındığını deyib. Buna dair qəbz alındığını vurğulayıb. “Amma görünür, “inkişaf” o qədər sürətlidir ki, müraciət 4 günə Bakı meriyasına çatımır”, - deyə G.Aslanlı baş verənlərə ironiyalı münasibət bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol