Menu

ABŞ yeni koalisiya yaradır - Maduronu devirmək üçün

04.03.2019, 00:05
ABŞ yeni koalisiya yaradır - Maduronu devirmək üçün

«AzPoliika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con BoltonVenesuelada hakimiyyəti dəyişmək üçün koalisiya yaratmaq barədə Vaşinqtonun planlarından söhbət açıb.

Onun sözlərinə görə, «qeyri-legitim» Nikolas Maduronun bütün əleyhdarları - müxalifət lideri Xuan Quaydonu dəstəkləyənlər səylərini birləşdirməlidirlər.

Bolton bir daha «Maduro rejimi»ni cinayətkar və korrupsiyalaşmış adlandırıb və onu devirmək üçün cəhdləri dayandırmamağı vəd edib.

«Mən, koalisiya görmək istərdim - toplaya biləcəyimiz qədər geniş ki, bütün korrupsiyalaşmış rejimi dəyişmək mümkün olsun. Biz, bax bunu etmək üçün cəhdlər göstəririk» - deyə, Bolton «CNN» telekanalına verdiyi müsahibədə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol