«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın Varqas ştatının qubernatoru Xose Luis Qarsiya Karneyro Kolumbiyadan ölkəsinə qayıdacağı təqdirdə, müxalifət lideri Xuan Quaydonu həbs ediləcəyi ilə hədələyib.
Karneyronun sözlərinə görə, Quaydo sərhədi keçəndən dərhal sonra saxlanacaq, çünki ölkədən çıxmamaq barədə məhkəmə qərarını pozub.
«Venesuela Ali məhkəməsi ona ölkədən çıxmağı qadağan edib, amma Quaydo məhkəmənin bu qərarını pozub» - deyə, qubernator bəyan edib.
Bununla yanaşı, o da istisna deyil ki, Quaydo ölkəyə şəxsi təyyarə ilə daxil ola və ya sərhədi humanitar karvanla keçə bilər.


Şərhlər