Menu

Göyçayda yanğın olub, ölən və yaralanan var

04.03.2019, 09:26
Göyçayda yanğın olub, ölən və yaralanan var

Göyçay rayonunda ölümlə nəticələnən yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol