Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Müzakirə olunan ilk məsələ partiyanın Ali Məcslininin növbəti sessiyasının çağırılması ilə bağlı olub.
Səsvermə nəticəsində BAXCP Ali Məclisinin sessiyasının martın 16-da, saat 12:00-da çağırılması ilə bağlı qərar qəbul edilib.
BAXCP İdarə Heyətinin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğrması və aprelin 28-nin işğal günü kimi qeyd olunması da müzakirəyə çıxarılıb. Bildirilib ki, qonşu Gürcüstanda da ilk respublikanın süquta uğradığı 25 fevral tarixi “Sovet işğalı günü” kimi qeyd olunur, həmin gün bayraqlar endirilir və bütün respublika ərazisində işğal və repressiya qurbanları 1 dəqiqəlik sükutla yad edilir: “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 1-ci maddəsində qeyd olunur ki, “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi RSFSR-in müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”. BAXCP İdarə Heyəti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının bu müddəasını əsas götürərək, hökuməti hər ilin 28 aprel tarixinin “Sovet işğalı günü” kimi qeyd olunması, həmin gün dövlət bayraqlarının endirilməsi, bütün respublika ərazisində işğal və repressiya qurbanlarının 1 dəqiqəlik sükutla yad edilməsi məqsədi ilə müvafiq qərar qəbul etməyə çağırır.


Şərhlər
Ay insanlar, sovet dövleti çoxlarımız tehsil verib, fehle insan kimi yaşayıb. Bu da bir tarixdir. Sovet hökumeti musiqimize, dilimize, dinimize, namusumuza qeti tecavüz etmedi. İşğal da olsa mehriban yaşadıq. Nankor olmayaq
Bu xalq nə gördüsə sosializim vaztında gördu.O ki,qaldı Baxcp-yə müxalifəti parçalayan təşkilatlardan biridə BAXCP və onun rəhbərliyidir.
Sivil adam tarixi inkara yox, anlamaga çalışar! Əks hal keçmiş və yazılı tarixiə vəhşi münasibətdir. 1848-ci ildən Avropada rəsmi vüsət almış işçilərin adekvat rifah hərəkatı otuz il sonra Bakıda da alovlanırdı. Neft gölündə çabalayıb dünyaya işıq və isti verən xalqımız 1900cü ildən artıq davamlı sosial rifah hərəkatına qoşulmuşdu. 28 Aprel 1920-ci il tarixi bir mənalı olaraq Azərbaycanda 30 il davam etmiş Sosialist İnqilabının Qələbə günüdür! Sosial vüsət tariximizə heç də neftdən az qısqanmırlar.
28 apreldə bizi sovet hökuməti yox,bolşevik Rusiyası işğal edib.Yaxşı təşəbbüsdür.Amma işğalçının adını düzgün göstərmək lazımdır.İşğalçılar rus və ermənilərdən ibarət bolşeviklər idi..