Menu

Xuan Quaido Venesuelaya qayıdıb

04.03.2019, 22:01
Xuan Quaido Venesuelaya qayıdıb

Venesuela müxalifətinin lideri Xuan Quaido öz "Twitter" səhifəsində Venesuelaya qayıtdığını elan edib.

“Report” xəbər verir ki, o hazırda öz sevimli torpağında olduğunu bildirib.

Quaidonun sözlərinə görə, o, hava limanından Karakasa getmək niyyətindədir.

"Infobae" portalının yazdığına görə, onu Fransa, Almaniya, Rumıniya, Niderland, Argentina və Braziliya səfirləri müşayiət ediblər.

Daha əvvəl Quaido martın 4-də Venesuelaya qayıdacağını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol