Bakı şəhəri ərazisində yeni təhlükəli sürüşmə zonaları aşkarlanıb.
ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən kompleks seysmogeoloji tədqiqatlar əsasında Bayıl yamacında iki yeni potensial təhlükəli sürüşmə zonası aşkarlanıb, sürüşmə kütləsinin parametrləri və sürüşmə prosesinin riski müəyyən edilib.
Böyük Bakı ərazisində qruntların mühəndis-seysmoloji, tektonik, geoloji-litoloji, geomorfoloji, hidrogeoloji və fiziki-mexaniki parametrlərinin məlumat informasiya bankı yaradılıb. Məlumat bankı Böyük Bakı ərazisinin seysmomikrorayonlaşdırılması, seysmik dayanaqlı tikinti və Fövqəladə Hallar Nazirliyinin xətti ilə fövqəladə hallarda mühafizə tədbirləri zamanı praktik əhəmiyyət daşıyır.


Şərhlər
niya gora BSIH da muhandis kommunikasiyalari departamenti 2001 ci ilda lagv edildi indi sababini 18 ci asrda axtarirlar cunki torpag sahalari ayrilarkan bu departamentin pis yaxsi rayi nazara alinirdi
sürüşmə - ağnaq..