«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın prezidenti Emmanuel Makron Böyük Britaniyanın da daxil olacağı «Avropa təhlükəsizlik şurası»nın yaradılmasını qaçılmaz hesab edir. Bu barədə bazar ertəsi Frans-Press agentliyi xəbər verib.
Belə Şura «Avropa İttifaqıfn müdafiə sahəsində kollektiv qərarlarını hazırlayacaq».
Fransa prezidentinin fikrincə, Şuranın fəaliyyəti «müdafiə və təhlükəsizlik barədə müqaviləyə» söykənəməklə, NATO və Avropa İttifaqının müttəfiqləri də nəzərə alınmaqla, Avropa İttifaqı ölkələrinin vəzifələrini nəzərdə tutacaq.
Bu öhdəliklərə hərbi xərclərin artırılması, bu və ya diər ölkənin hücuma məruz qalacağı təqdirdə, müdafiə sahəsində qarşılıqlı yardım məsələləri daxil olacaq.


Şərhlər