Menu

Venesuela metallurgiya şirkətinin ofisini də Moskvaya köçürür - Delsi Rodriges

05.03.2019, 15:52
Venesuela metallurgiya şirkətinin ofisini də Moskvaya köçürür  - Delsi Rodriges

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın vitse-prezidenti Delsi Rodriges xəbər verib ki, Venesuela metallurgiya şirkətinin ofisi Rusiya Federasiyasının paytaxtına köçürüləcək.

«Biz, dəmir və alüminiumun iqlənməsi ilə məşğul olan şirkətin nümayəndəliyini buraya köçürməyi planlayırıq» - deyə, Rodriges «Rossiya-24» telekanalına müsahibəsində bildirib.

Venesuelanın desntralizasiya olunmuş «CVG» (Corporacion Venezolana de Guayana) dövlət korporasiyası var. O, ölkənin cənub şərqində yerləşir və qızıl hasilatı ilə məğul olan müəssisələri, alüminium və polad istehsallçılarını, taxta elmalı müəssisələrini, dəmir filizi, boksitlər, almaz və s. hasilatı üzrə ixtisaslaşmış müəssisələri özündə birləşdirir. Şirkətin strukturuna müxtəlif sahələrə aid 14 nəhəng konsern və onların törəmə müəssisələri, o cümlədən poladtökmə müəssisəsi daxildir.

«Prezident Nikolas Maduro PDVSA şirkətinin Lissabon şöbəsinin bağlanması və ofisinin Moskvaya göçürülməsi barədə sərəncam verib» - deyə, Rodriges martıq 1-də Rusiya XİN başçısı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol