Menu

Ötən il 6 hakimin səlahiyyətlərinə xitam verilib

05.03.2019, 16:17
Ötən il 6 hakimin səlahiyyətlərinə xitam verilib

Ötən il Azərbaycanda vətəndaşların haqlı narazılıqlarını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri isə aşağı işə keçirilib.

”Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə ardıcıl tədbirlər görülüb. Bu zaman hakimlərin fəaliyyətlərinin prinsipial qiymətləndirilməsinə xüsusi diqqət yetirilib. Beləliklə, səlahiyyət müddəti bitmiş 71 hakimin və 7 məhkəmə sədrinin fəaliyyəti qiymətləndirilib.

Şərhlər

EJDER 2019-03-05 16:17:24

HAKIM ,MEHKEME HAQQINDA HEC DANIWMAQA DEYMEZ...HAMISI BU ANALOQU OLMAYAN HOKUMET KIMI ...

Vətəndaş 2019-03-05 16:17:24

Düzgündürsə adlarını konkret yazın.Kimisə təqaüdə yola salıb əvəzinə övladını hakim təyin edirsiniz sonra da məlumat verirsiniz ki 6 hakimin səlahiyyətinə xitam verilib.Xitam verilməsi təqaüdə çıxması ilə bağlıdır yoxsa ədalətsiz qərarlar qəbul etdiyinə görəmi? Bu məlumatı KİV-verənlər ümumi sözlərlə danışmasın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol