Menu

Ədalət Vəliyev ordenlə təltif edilib

05.03.2019, 18:08
Ədalət Vəliyev ordenlə təltif edilib

Prezident İlham Əliyev Ədalət Vəliyevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Məqsəd oğlu Vəliyev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Vəliyevin 60 yaşı tamam olur. O, 1993-2006-cı illərdə mədəniyyət nazirinin müavini, 2006-2018-cı illərdə isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Şərhlər

Bəhruz 2019-03-05 18:08:07

Təbrik edirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol