Menu

GÖMRÜK KOMİTƏSİNƏ YENİ SƏDR TƏYİN OLUNDU - Tanınmış şəxsin oğludur

05.03.2019, 20:32
GÖMRÜK KOMİTƏSİNƏ YENİ SƏDR TƏYİN OLUNDU - Tanınmış şəxsin oğludur

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub.

"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, S.Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı. O, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur.

Şərhlər

t.ədalət 2019-03-05 20:32:57

Naxçıvanda bütün sahələrdəki vəzifələrin ... arasında bölüşdürülməsi doğru deyildir.Adamları narazı salan ....son verilsə yaxşı olar..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol