«AzPoilitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Belarusun prezidenti Aleksandr Lukaşenko Minskdəki mətbuat konfransında bildirib ki, Krımın tanınması mövzusunda Rusiya prezidenti Vladimir Putinlə müzakirə aparmayıb.
«Yox, belə mövzular nəzərdən keçirilməyib. Mən hətta sizə deyə bilmərəm ki, biz Krımın, Donbasın problemlərini lap başlanğıcdan müzakirə etmişikmi? Bizim aramızda tam qarşılıqlı anlaşma olub. Mən Putinə minnətdaram ki, mənim vəziyyətimi başa düşüb. Yenidən təfərrüata varmayacam, amma mən öz qiymətimi vemişəm, baxmayaraq ki, bu problemin mahiyyətinə varmalı deyildim» - Lukaşeno bildirib.
«Elə həmin il mən prezident Poroşenkonun inauqurasiyasında oldum - dörd il əvvəl... 30 dərəcə isti idi. Radanın qarşısında məni Qərb və Ukrayna jurnalistləri əhatəyə alıb, soruşdular: Krım kimindir - Rusiyanın, yoxsa Ukraynanın? Mən bu suala hazır deyildim və ona cavab vermək istəmirdim. Onlara sual verdim: Rusiyanın Krımı ələ keçirməsi zamanı neçə nəfər ukraynalı həlak olub? Bircə nəfər də olmayıb. Bəs, neçə atəş səsi eşidilib? Heç biri də! Deməli, sizlər susmaqla razılaşmısınız ki, ən azı, Krım sizin deyil. Və ardınca elə oradaca bu mövzunun müzakirəsini davam etdirdim. Bundan sonra mənə heç bir sual vermədilər...» - deyə, Lukaşenko əlavə edib.
«Bu, onlar üçün tamam gözlənilməz cavab oldu - o mənada ki, əgər bu, sizindirsə, həmin torpaq parçası uğrunda döyüşün, ölün...» - Lukaşenko fikrini belə tamamlayıb.


Şərhlər