Menu

Salyanda baş verən qəzada 4 nəfər xəsarət aldı

06.03.2019, 20:38
Salyanda baş verən qəzada 4 nəfər xəsarət aldı

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Sarvan kəndindən keçən 69-cu km-də 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan rayonunun Şorsulu kənd sakini 26 yaşlı Tahir Cavid oğlu Manafovun idarə etdiyi “VAZ-21015” markalı minik maşını Sarvan kənd sakini 49 yaşlı Raqil Nadir oğlu Hüseynovun idarə etdiyi “VAZ-2017” ilə toqquşub.

Hadisə nəticəsində hər iki sürücü və sərnişinlər İlqar Nadir oğlu Hüseynov, 27 yaşlı Asiman Taleh oğlu Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol