Menu

Pakistan Hindistanın sualtı qayığını ələ keçirib

06.03.2019, 21:31
Pakistan Hindistanın sualtı qayığını ələ keçirib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistan dənizçiləri Hindistana məxsus döyüş sualtı qayığını ələ keçirdiklərini bəyan ediblər. İnsident tərəflərin 72 ildir ki, mübahisə apardığı Kəşmirdə gərginliyin artması fonunda baş verib.

Komandanlığın «Feysbuk»da verdiyi xəbrdə deyilir ki, Pakistanın hərbi donanması «sülh maraqları»nı rəhbər tutaraq, ələ keçirilmiş qayığı məhv etməyib.

Elə həmin gün məlum olub ki, İslamabad səfirini Hindistana qaytarır. Xarici İşlər Nazirliyində (XİN) qeyd ediblər ki, Pakistan Hindistan tərəfi ilə hərbi əməliyyatların idarə olunması səviyyəsində həftəlik təmasları davam etdirməyə köklənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol