«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton «Fox News» telekanalının efirindən bəyan edib ki, Birləşmiş Ştatlar Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaları sərtləşdirə bilər.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti «KXDR-nın qərarına baxmağı» planlayır ki, anlasın - Şimali Koreya tərəfi danışıqlara ciddi yanaşırmı və denuklearizasiya ideyasına sadiqdirmi?
Bolton əlavə edib ki, əgər KXDR bunu etmək istəmirsə, o zaman iqtisadi sanksiyalardan azad olunmayacaq, əksinə - sanksiyalar daha da sərtləşdirilə bilər.
Xatırladaq ki, Trampla Kim Çen Inın fevralın 27-28-də Hanoyda keçirilmiş ikinci sammiti planlaşdırılmış müddətdən tez və hər-hansı saziş imzalanmadan başa çatıb.


Şərhlər