«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon Rusiya tərəfdən ola biləcək mümkün «təhdidlər»ə reaksiya vermək üçün yeni tədbirlər görmək niyyətindədir. Bu barədə konresmenlərə NATO-nun Avropadakı silahlı qüvvələrinin baş komandanı Kertis Skaparotti bəyan edib.
O, qeyd edib ki, hələlik ABŞ Rusiya ilə müqayisədə qlobal hərbi üstünlüyü özündə saxlasa da «onun bölgədə artan üstünlüyü bizim rəqabətli hərbi üstünlüyümüzü dağıdır». Skaparotti əlavə edib ki, Şimali Atlantika bölgəsinin təhlükəsizliyinə əsas təhdid məhz Rusiyadır, çünki o, qonşuları üzərində öz təsirini artırmağa cəhdlər göstərir və NATO daxilində həmrəyliyi pozur.
Onun sözlərinə görə, ABŞ siahlı qüvvələrinin (SQ) Avropa komandanlığına Rusiya ilə qarşıdurma üçün «əlavə dəniz potensialı tələb olunur ki, dəniz aspektində, sualtı sfera da daxil olmaqla, bizim silahların ölümsaçanlığını yüksəltsin».
Bundan başqa, bölgədə döyüş-aviasiya potensialı çatışmır. ABŞ istəyərdi ki, bölgədə dördüncü və beşinci nəsil təyyarələrin iştirakını sürətlə artırsın.
Skaparottinin sözlərinə görə, əgər Türkiyə Rusiyadan S-400 sistemələri alarsa, o zaman çətin ki, ən yeni F-35 qırıcılarını ala bilsin.
«Bir hərbçi kimi, mənim ən yaxşı məsləhətim bu olardı ki, F-35 sazişi axıra çatdırılmasın» - general bildirib.
Amma Skaparotti onu da qeyd edib ki, ötən il Ağ Evin Türkiyə hakimiyyəti ilə münasibətləri yaxşılaşıb.


Şərhlər