Menu

Fransanın Xarici İşlər Nazirliyi cərimələnib

07.03.2019, 21:08
Fransanın Xarici İşlər Nazirliyi cərimələnib

Fransanın Xarici İşlər Nazirliyi hökumət tərəfindən 450 min avro məbləğində cərimələnib.

“Report” “Le Monde”yə istinadla xəbər verir ki, buna 2017-ci ildə qurumun mühüm vəzifələrində xanım əməkdaşların az olması səbəb olub.

Həmin il Nazirlikdə xanım əməkdaşlar cəmi 29 faiz təşkil edib. Lakin növbəti il - 2018-ci ildə vəziyyət nisbətən düzəlib və bu rəqəm 39 faizə çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol