Menu

İsveçrədə məsciddə atışma olub

23.08.2014, 10:12
İsveçrədə məsciddə atışma olub

[caption id="attachment_49646" align="alignleft" width="260"] arxiv foto[/caption]

İsveçrədə naməlum adamlar Sankt-Qallen şəhəri yaxınlığındakı alban məscidinə atəş açıblar.

Bir nəfər ölüb, daha bir nəfər saxlanılıb.

Polisin məlumatına görə, onları hadisə yerinə güllə səsləri eşidən sakinlər çağırıblar.

Hələ ki ölən və tutulan şəxslərin kimliyi barədə dəqiq məlumat yoxdur. Məscidin keçmiş imamının «Reuters»ə dediyinə görə, hadisə çoxdan aralarında ədavət olan iki ailə arasında baş verib.

8 milyonluq İsveçrə əhalisinin 5 faizini və ya 400 min nəfərini müsəlmanlar təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol