Menu

"Prezidentə təqdim olunan məktubların hər biri ciddi nəzarətə götürülüb" - PA rəsmisi

09.03.2019, 13:00
"Prezidentə təqdim olunan məktubların hər biri ciddi nəzarətə götürülüb" - PA rəsmisi

"Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir".

"AzPolitika" AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib.

Prezident Administrasiyasının rəsmisi Şamaxı və Ağsuda əhali tərəfindən dövlətimizin başçısına təqdim olunan məktublarla bağlı da məlumat verib. Deyib ki, Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlətimizin başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq. Həmin məktubların mütləq əksəriyyətində yeni evlər istənilir. “Ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticəsidir ki, müraciət edən vətəndaşlar dövlətimizin başçısından hazır ev istəyirlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur, evlər sığortalanır, dövlət bu qayğıdan kənarda qalır. Amma Azərbaycan bu siyasətlə də öndədir. Çünki Prezidentimizin dediyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyə Z.Nağdəliyev bildirib.

Zeynal Nağdəliyev qeyd edib ki, digər məktublar isə iş problemi və sosial qayğı ilə bağlıdır. Onların hər biri ciddi nəzarətə götürülüb.

Şərhlər

Şəkidən 2019-03-09 13:00:43

Sosial narazılıqları yaradanlar,yalnız məmurlardır,çünki vətəndaşların şikayətinə Przident Administrasiyası başda olmaqla Nazirliklərdə baxmayaraq süründürməçiliyə şərait yaradırlar,vətəndaşı dövlətdən narazı salma hallarına önəm verirlər. Bu özbaşnalıqlara birdəfəlik son qoyulmalıdır ? İnkişafı görmək istəyiriksə Nazirlər və İcra Başçıları 5-ildən bir yerləri dəyişilməlidir,yoxsa icra başçıları rayonu özəlləşdirirlər..Şəkinin İcra başçısı ayda 10-gün işdə olmamasına baxmayaraq 8-ildir ki,icra başçısıdır..

seymur demionlistru 2019-03-09 13:00:43

... Naqdaliyev ele cixirki yazilan poctla qedenlere baxilmir?

S.Ənvərqızı 2019-03-09 13:00:43

Hörmətli Zeynal müəllim,ailəmə qarşı olan məmur özbaşnalığına son qoymaq məqsədi ilə dəfələrlə rəhbərlik etdiyiniz şöbənin qəbulunda,PA-nın və Sizin ünvanınıza saysız-hesabsız məktublar yazmağıma baxmayaraq heç bir müsbət nəticəsi olmamış cavab da verilməmişdir. Dəfələrlə şəxsən Siz tərəfindən qəbul olunmağımı xahiş etməyimə baxmayaraq,qəbulunuza düşmək imkanını əldə edə bilməmişəm.Qeyd edirsiniz ki,cənab Prezidentə təqdim edilən məktublar nəzarətə götürülüb,bəs nə üçün bizim məktublar nəzarətə götürülməyib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol