Menu

S7 avişirkəti də «Boeinq-737 Max» təyyarələri ilə uçuşları dayandırır

13.03.2019, 09:21
S7 avişirkəti də «Boeinq-737 Max» təyyarələri ilə uçuşları dayandırır

«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, S7 aviaşirkəti bu gündən başlayaraq, «Boeinq-737 Max» tipli təyyarələrlə uçuşları dayandırır. Bu, Rusiyada sözügelən modeli istismar elən yeganə şirkətdir.

Məhdudiyyt Efiopiyada baş vermiş aviaqəzanın baş verməsinin səbəbləri barədə ətraflı informasiyanın əldə olunmasına qədər davam edəcək.

S7 aviaşirkətinin parkı 96 hava gəmisindən ibarətdir ki, onların cəmi ikisi «Boeinq-737 Max» layneridir.

Yayılan məlumata görə, Amerika Birləşmiş Ştatları (ABŞ) bu tipdən olan təyyarələri istismardan çıxarmaq niyyətində deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol