“Milli Məclisdə bəlkə də qrammatika şöbəsinin yaradılmasına ehtiyac var, çünki bir sıra qanunların dilini başa düşmək olmur”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məlisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Tahir Kərimli bildirib. T. Kərimli deyib ki, keçən dəfə parlamentdə tibblə bağlı bir qanun qəbul edilib: “Mən o qanuna səs verdim, ancaq qanunda nə yazıldığını tam başa düşmədim. Bu məsələyə diqqət artırılmalıdır”.


Şərhlər
Birincisi qanun müvafiq komissiya (yəni o sahəsinə aid) tərəfindən hazırlanırsa, həmin komissiya sədri o qanun haqqında arayış verməli Tahir bəy kimi başa düşməyənlərə qanunu anlatmalıdır. Tahir müəllimlər anlamadan 0 nqanuna səs veribsə əgər vay bu millətin halına. Olaki də hələ keçmiş məhkəmə sədri ola. Lap Məşədəi İbadın məsələsi.
Adam anlamadığı qanunasəs verir,sonra da mən nəyə səs verdiyimi anlamadım deyir.Bunun adını nə qoyaq? İnsan da anlamadğı sənədi təsdiqləyirsə bu adamın nrmal olduğuna haqlı şübhə yaranır.Belə anormallar necə Parlamentə daxil olunub?
Siz ki, nəyə qol çəkdiyinizdən xəbəriniz yodursa, o zaman şələ-külənizi yığışdırın və sizə layiq olmayan kreslodan durub bir dəfəlik oradadan uzaqlaşın. Çünki siz oraya layiq insan deyilsiniz. Bəsdir də ona-buna yarınıb yaşamağınız əgər buna yaşamaq demək caizsə.
Belə deputatı olan Milli Məclis çox uzağa gedər.nsanın heç olmasa gərək özünə hörməti olsun.Hansı normal insan anlamadığı bir sənədə "okey" deyər?Guya bunlar ölkənin qabaqda gedən,savadlı.təcrübəli (adətən deputat belə olmalıdır),xalqın içindən çıxmış çəxslərdir ? Deyirlər ağıllınız kimdir? Cavab gəlir ki,öndə gedən zəncirli!
Bu da Azərbaycanın Milli Məclisinin deputatı,tanış olun!
ay masallah- deputatimiza valeh oldum