Menu

Novruz bayramına qədər bütün pensiyalar artımla birlikdə tam ödəniləcək

13.03.2019, 11:50
Novruz bayramına qədər bütün pensiyalar artımla birlikdə tam ödəniləcək

"Mart ayının pensiyalarının qrafik üzrə verilməsinə başlanılıb. Artıq 10-dan çox rayonda pensiyalar hesablara köçürülüb".

Bunu "Report"a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Novruz bayramına qədər ölkə üzrə bütün pensiyaların ödənilməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, martın 18-nə kimi bu ödənişlər tam yekunlaşacaq: "Adətən pensiyalar ay sonunda verilirdi. Bu dəfə pensiya ödənişlərinin artımla birlikdə Novruz bayramına qədər verilməsi təmin ediləcək".

Şərhlər

Ehtiram(davamı) 2019-03-13 11:50:45

üçün sənədləri hazırlayıb TSEK-ə göndərdilər.Çox təəsüflər olsun ki,bu çür ağır xəstəlik qabağında mənə birinci qrup verimədi. Mənim aylıq pensiyam 246 manat idi.Son artımla isə cəmi yeddi manat artım oldu.Bunu artım sayırsınızmı cənab Babayev.Rüşvətxorluğun baş alıb getdiyi bir vaxtda 253 manatla onkoloji xəstə neçə müalicə oluna bilər.Xahiş edirəm mənim sualıma cavab verəsiniz.

Ehtiram 2019-03-13 11:50:45

Hansı artımdan danışırsan.Mən onkoloji xəstəyəm,iş qabiliyyətimi tamam itirmişəm.Altı il bundan qabaq mənə ağır formada 2-ci tip şəkərli diabetlə ikinci qrup əlilik verilib.2017-ci ilin iyul ayında mədə və qida borusu xərçəngindən əməliyyat olunmişam.Mədəm və öd kisəm tam qida borusunun üçdə biri göyürülmüşdür.Promlem yarandığı üçün 2018-ci ilin sentyabr ayında təkrar əməliyyat olunmuşam.10 dəfə kimyaterapiya və 25 dəfə şuaterapiya qəbul etmişəm.Sumqayıtda qeydiyyatda olduğum polikilinika birinci qrup

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol