Menu

"Hazırda 5-10 min manat pensiya alan vətəndaşlarımız var" - SAHİL BABAYEV

13.03.2019, 15:52
"Hazırda 5-10 min manat pensiya alan vətəndaşlarımız var" - SAHİL BABAYEV

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vergi Məcəlləsində edilən dəyişikliklərin Həyatın Yığım Sığortasının gəlirliyinə necə təsir etməsini şərh edib.

Nazir ONA-ya bildirib ki, Həyatın Yığım Sığortasından dünyanın bir çox yerlərində müəyyən güzəştli şərtlərlə faydalanırlar: “Amma heç yerdə yüz faizlik güzəştli şərtlər yoxdur. Ona görə bizdə vacib məqam odur ki, biz sığorta şirkətlərinin, bazarda sığorta alətlərini genişləndirməsi üçün onlara müxtəlif güzəştlər veririk. Lakin bunu yüz faizlik güzəşt kimi tətbiq etmək də düzgün olmazdı. Ona görə də aparılan araşdırma zamanı belə qərara gəlindi ki, artıq onlar üçün bir neçə yüz faizlik güzəşt var və bu güzəştdən yararlanaraq müəyyən bazara sahib olublar. Bu üzdən o güzəştlər 50%-ə endirildi. Yəni istənilən şəxs həyatın yığım sığortasına müraciət edən zamanı onun əmək haqqının 50%-i tam şəkildə güzəştlərdən yararlanacaq, digər 50%-i isə pensiya sisteminə yönəldilərək sosial sığorta haqqı ödəyəcək”.

S.Babayev qeyd edib ki, insanlar bəzən sosial sığortaya vergi kimi yanaşırlar: “Sosial sığorta vergi deyil. Vergi vətəndaşın dövlətə əvəzsiz ödədiyi vəsaitdir. Sosial sığorta vətəndaşa pensiya dövründə geri qaytarılacaq vəsaitdir və o, bir neçə dəfə qalxaraq vətəndaşa qayıdır. Çünki illər boyu indeksasiya olunur və ödəmə dövrü 25-30 il olduğu halda, vətəndaşın geri alma dövrü 12 ildir. Ona görə də sosial sığorta hər bir vətəndaşın özünə lazımdır. Bu gün 3, 5, 10 min manat pensiya alan vətəndaşlarımız var. Sırf sosial sığorta prinsiplərinə görə aldıqları əməkhaqqını tam leqal şəkildə göstəriblər, 25%-ni ödəyiblər və bu gün çox yüksək məbləğdə pensiya alırlar. Amma böyük bir kütlə insanımız var ki, onlar maaşlarını ya göstərməyiblər, ya da sosial sığorta ödəməyiblər və onlar bu gün minimum pensiya alır. Ona görə cənab prezidentimiz növbəti dəfə böyük humanist addım atdı. Minimum pensiyanı 160 manata qaldıranda vaxtilə sosial sığortanı ödəməyən 233 min insanların pensiyasını artırdı. Çünki onlar ödədikləri ödənişlə bu rəqəmə heç vaxt çatmayacaqdılar”.

Şərhlər

Rizvan 2019-03-13 15:52:45

Bu nazirin imitasiyası lap Səlim Müslümovun ölənlərinə rəhmət oxuduracaq.Səlim Müsülümov 65 yaşın pensiya üçün əla olduğunu əhaliyə sırıyırdı.Bu nazirdə sələfindən geri qalmaq istəmir.Deyən yoxdur ki,bir rəqəm acıqla ki,2000 manatdan cox pensiya alan pensiyacının xüsusi cəkisi pensiyacıların ümümi sayında necə faizdir?? 0,001 faiz?

TARİX 2019-03-13 15:52:45

S.BABAYEV QINAMAYIN.O İŞİNİ BİLMİR HƏLƏ ÖYRƏNİR.XARİCDƏ TƏQAÜDCÜLƏR KEF EDİR.AİLƏSİ İLƏ XARİCİ ÖLKƏLƏRƏ TURİST SƏFƏRLƏRİNƏ GEDİR,ƏN YAXŞI SANATORİYALARDA,XƏSTƏXANALARDA MÜALİCƏ OLUNUR,ÖLƏNƏ QƏDƏR KİMƏSƏ MÖHTAC OLMURLAR.BİZİM 40-50 İL İŞ STAJI OLAN TƏQAÜDCÜMÜZ 200-250 NANAT ALIR Kİ,ONUN DƏRMANINA DA CATMIR CƏNAB SAHİL BABAYEV.

Təqaüdçü 2019-03-13 15:52:45

3,5,10 min manat pensiya necə verilə bilər? Bu yalnız YAP-ın xüsusi adamlarına verilə bilər.Bəs cənab Babayev bilirmi ki, 45-50 il işləyib 23--240 manat alan pensiyaçılar çoxluq təşkil edir və onların indiki qiymətlərlə yaşaması müsibətdir.Nə dərman ala bilir,nə həkimə gedə bilir nə də əəliyyat oluna bilirlər.Onlar üçün yaşamaq bir müsibət olub.

Veteran 2019-03-13 15:52:45

Mene ele gelir yeri geldi gelmedi Prezidentin gorduyu iwlerden sitat getirmek lazim deyil. Deseniz de demeseniz de olke bawcisinin gorduyu iwler goz onundedir. Ortaya cixarilacaq bir iw gormursunuz deye haminiz birinci wexsin etdiklerinden daniwirsiniz. Siz memurlar da hec olmasa onun qeder iw gormuw olsaniz camaatin derdi olmazdi!

Azərbaycan vətəndaşı 2019-03-13 15:52:45

Mən 1978-ci ildən 2011-ci ilə qədər sosial səğorta ödəmişəm.Aldığım pensiya 253 manatdır.Əgər ideksasiya olunub mənə pensiya kimi qaytarılsaydı heç olmasa 500 manat almalıydım.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol