Menu

Daha bir bank bağlandı - Rusiyada

14.03.2019, 10:28
Daha bir bank bağlandı - Rusiyada

Rusiya Mərkəzi Bankı bu gündən “RTS-Bank” kredit təşkilatının bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziyasını ləğv edib.

“Finans.az” tənzimləyicinin yaydığı məlumata istinadən xəbər verir ki, son 12 ayda 4 dəfə banka qarşı nəzarət xarakterli tədbirlər həyata keçirilib, o cümlədən əhalidən əmanətlərin cəlb olunmasına məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, cari ilin 1 mart tarixinə “RTS-Bank” aktivlərinin həcminə görə bank sektorunda 332-cı yerdə olub.

Xatırladaq ki, bu ilin əvvəlindən Rusiyada 5 bank bağlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol