Menu

"Bir neçə il öncə Bayıl yamacının bir hissəsi müvəffəqiyyətlə bərpa edilib" - Nazir

14.03.2019, 12:58
"Bir neçə il öncə Bayıl yamacının bir hissəsi müvəffəqiyyətlə bərpa edilib" - Nazir

"Badamdar və Bayıl sürüşmə sahələrində tədqiqat işləri aparılması üçün Yaponiyadan mütəxəssislər dəvət olunub. Bu ərazilərdə tədqiqat üçün quyular qazılır".

ONA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir qeyd edib ki, bir neçə il öncə Bayıl yamacının bir hissəsi müvəffəqiyyətlə bərpa edilib, hazırda Zığ, Əhmədli, Bayıl sürüşmə sahələrində mütəxəssislər tədqiqat işləri aparır: "Tədqiqatlar bitdikdən sonra həmin ərazilərlə bağlı yekun qərar veriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol