Krım-Tatar Məclisi Rusiyanın ilhaq elədiyi Krımın yeni icra orqanında qurumun icazəsi olmadan təmsil olunduqları üçün iki nəfəri öz tərkibindən çıxarıb. Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, bu, may ayından “Krım parlamenti”nin vitse-spikeri postunu tutan Rəmzi İlyasov və avqustda Simferepolun “vitse-meri” seçilmiş Teyfuk Qafarovdur.
Məclisin tələbinə baxmayaraq millətlərarası münasibətlər və deportasiya olunmuş vətəndaşların işləri üzrə komitənin sədrliyindən istefa vermədiyi üçün Zaur Smirnovun üzvlüyü də dayandırılıb.
Krım-Tatar Məclisinin sədri, 5 il müddətinə Krıma girməsi yasaq edilən Rüfət Çubarov toplantıya video-əlaqə vasitəsilə qatılıb. Adı çəkilən şəxslər haqda qəti qərar krım-tatar xalqının növbəti, milli qurultayında çıxarılacaq.


Şərhlər