Menu

Gəncədə yolu keçən ata və oğulun avtomobillə vurulma anı - VİDEO

15.03.2019, 14:37
Gəncədə yolu keçən ata və oğulun avtomobillə vurulma anı - VİDEO

Gəncədə yolu keçən ata və oğulun avtomobillə vurulma anının görüntüləri yayılıb.

ONA-nın yerli bürosu həmin görüntüləri əldə edib. Video görüntüdən məlum olur ki, şəhərin Üzeyir Hacıbəyov küçəsində yüksək sürətlə idarə olunan “VAZ-2107” markalı avtomobil yolu keçən ata və oğulu vurur.

Qeyd edək ki, məlum qəza nəticəsində 54 yaşlı Qəribov Səttar Əsgərəli oğlu dünyasını dəyişib. Onun oğlu, 1990-cı il təvəllüdlü Qəribov Anar Səttar oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol