Menu

Sergey Lavrov Türkiyəyə gedir

15.03.2019, 20:07
Sergey Lavrov Türkiyəyə gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. Bu barədə Trend-ə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, S.Lavrovun səfəri martın 18-də baş tutacaq.

Rusiyalı nazir səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Görüş Antalyada Türkiyə-Rusiya Strateji Planlaşdırma Qrupunun birgə müşavirəsi çərçivəsində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol