Menu

İlham Əliyev tələsik and içdi

19.10.2013, 12:01
İlham Əliyev tələsik and içdi

Azərbaycan Respublikası prezidentliyinə seçkilərdə rəsmən qələbə qazanmış İlham Əliyevin andiçmə mərasimi keçirilir.

Milli Məclisdən apa-ya verilən məlumata görə, mərasim parlamentin iclas zalında təşkil olunub.

Mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri və deputatlar iştirak edirlər.

Konstitusiya Məhkəməsinin bir az əvvəl keçirilən Plenumunda MSK-nın açıqladığı nəticələr təsdiqlənib və İlham Əliyev prezident elan edilib.

İclasda iştirak edən Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli çıxış üçün söz istəyib. Amma Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev buna etiraz edib. O bildirib ki, belə iclaslarda tərəf kimi MSK və dəvət olunmuş ekspertlər çıxış edə bilərlər.(azadliq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol