"Hazırda şəkər tozunda dempinq var. Rusiya və Ukrayna Azərbaycan bazarına şəkər tozunu maya dəyərindən də aşağı qiymətlərə göndərirlər”.
Bunu, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl media nümayəndələri ilə görüşü zamanı "Marja"nın sualına cavabında bildirib.
“Ötən il Rusiya dempinq etdi, bu il Ukrayna dempinq ilə məşğuldur. Şəkəri tozunu Azərbaycana maya dəyərindən də aşağı qiymətlərə satırlar”.
Qeyd edək ki, "Azərsun Holdinq" şəkər tozu istehsalçısıdır (İmişli Şəkər Zavodu).
Dempinq (ingilis dumpinq-azalma sözündəndir)- malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır.
Dempinq bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə həyata keçirilir.


Şərhlər
Azərbaycan xalqının ..... Abdulbari. Nə nağıl danışır, özüdə bilmir. Ukrayna və Rusiya şəkəıri ən keyfiyyətlilərdəndir. Ərzaq bazarı diyəsən bunun inhisarından çıxır. Vayyy, İraqın şimalındakı yerlilərinə göndərilən pul azalır. ..
GIYDIRME MALLARI SIRIYIR CAMAATA ,BAHA QIYMETE,ANALOQU OLMAYAN HOKUMETIMIZIN DESTEYI ILE....NAQIL DANIWIR...HARAMINIZ OLSUN
Rusiya və Ukrayna qida sənayesində ən yaxşılar hesab olunurlar.Onların məhsulları GMO olmur.Azərbaycan əzəli istehlak ünvanına qayıtsa indiki xəstəliklərdən də quretula bilər.