Menu

Əfv sərəncamı Qobustan qapalı tipli həbsxanasında da icra olunub

17.03.2019, 11:37
Əfv sərəncamı Qobustan qapalı tipli həbsxanasında da icra olunub

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Qobustan qapalı tipli həbsxanasında da icra olunub.

"Report" xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində 2 nəfər azadlığa buraxılıb və onlara buraxılış arayışları təqdim olunub.

Bundan əlavə, 2 məhbusun cəzası 20 ilə, 1 məhkumun cəzası isə 25 ilə endirilib. Ümumilikdə, sərəncam Qobustan qapalı tipli həbsxanasında cəza çəkən 5 nəfərə şamil olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol