Menu

"Əfv sərəncamının bayramqabağı imzalanması çox sevindiricidir" - Zülfüqar Mikayılov

17.03.2019, 17:35
"Əfv sərəncamının bayramqabağı imzalanması çox sevindiricidir" - Zülfüqar Mikayılov

"Həyat başdan ayağa dərsdən ibarətdir. Biz nəinki buradan, hər yerdən öz dərsimizi, nəticəmizi çıxarırıq".

Bu fikirləri "Report"a açıqlamasında Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsindən bu gün azadlığa buraxılan Zülfüqar Mikayılov deyib.

Onun sözlərinə görə, əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması çox sevindiricidir: "Bu, bizim üçün ikiqat bayram oldu. Təşəkkür edirəm. Çünki hər kəs bu bayramı evində keçirmək istəyir. Məhbus üçün isə bayram, sadəcə, sözdən ibarətdir. Hər kəsin bayramını təbrik edirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol