Menu

Tovuzda 21 yaşlı gənc yük maşının altında qalaraq ölüb - FOTO

17.03.2019, 18:40
Tovuzda 21 yaşlı gənc yük maşının altında qalaraq ölüb - FOTO

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində gənc oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib.

"Report"un Qərb bürosunun məlumatına görə, 21 yaşlı kənd sakini Əli Abbasov atası ilə meşəyə gedərkən, "ZİL" markalı yük maşını qəfildən aşıb.

Nəticədə maşının yük yerində olan gənc oğlan maşının altında qalıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Yük maşınının sürücüsü və Əli Abbasovun atası, İltifat Abbasov isə ciddi xəsarət almayıb.

Qeyd edək ki, sərnişinin öldüyünü görən sürücü hadisə yerindən qaçıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol