Menu

ƏLİ İNSANOVUN MEYDAN OXUMASINA İLK REAKSİYA – “Siyasətlə məşğul olmaq onun hüququdur”

18.03.2019, 11:14
ƏLİ İNSANOVUN MEYDAN OXUMASINA İLK REAKSİYA  – “Siyasətlə məşğul olmaq onun hüququdur”

“Əli İnsanov da artıq Azərbaycanın müstəqil vətəndaşıdır. Dövlətimiz hüquqi, demokratik dövlət olduğundan, Konstitusiyamızda qeyd edilən vətəndaş hüquqlarından o da istifadə edə bilər”.

Bunu Prezidentin əfv sərəncamı ilə 14 ildən sonra azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovun qəzəbli açıqlamasına münasibət bildirərkən hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə söyləyib. Modern.az saytına açıqlamasında o, vurğulayıb ki, Əli İnsanov da daxil olmaqla hər bir Azərbaycan vətəndaşı qanuna zidd olmayan formada siyasətlə, ictimai fəaliyyətlə məşğul ola, öz mövqeyini bildirə bilər:

“Əli İnsanova əfv sərəncamından irəli gələn çıxarışın verilməsi prosesində mən də iştirak etdim. Onu ötən əsrin 90-cı illərindən tanıyıram. Bununla belə, onun ilk açıqlamaları göstərir ki, Əli İnsanovun müəyyən müddət həbsxanada qalması, cəmiyyətdən təcrid vəziyyətində yaşaması öz təsirini göstərib. Azərbaycanın onun həbs edildiyi dövrdəki Azərbaycan deyil. Bu illər ərzində güclü inkişaf gedib, demokratiya dərinləşib, insan hüquq və azadlıqlarının təmin edilməsində daha böyük işlər görülüb. Azərbaycan bu gün öz inkişlafı ilə dünyanın diqqətini cəlb edən ölkədir. Əhalinin böyük əksəriyyəti prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. Ortadakı bu reallığı danmaq mümkün deyil.

İndiki məqamda kiminsə fərqli mövqe tutması, hansısa çağırışlar etməsi onun seçimidir. Azərbaycan ilk növbədə bu gün cənab prezidentin apardığı siyasət nəticəsində yüksək inkişafa nail olub. Bundan sonra da ölkəmiz ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirdikcə, ölkə başçısının siyasətini həyata keçirdikcə uğurlar qazanacaq”.

Qeyd edək ki, ölkə başçısının əfv sərəncamı ilə 11 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan keçmiş səhiyyə naziri Əli İnsanov iddialı açıqlamalarla çıxış edib. O, Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib, hakimiyyəti sərt ittiham edib və siyasətlə məşğul olacağını vurğulayıb:

“Mən siyasətdən aralanmamışam. Amma hər şey Allahın əlindədir. Hələ məlum deyil müxalifət mənə qoşulacaq, yoxsa mən müxalifətə”.

Ə.İnsanovun həbsxananın qapısı ağzındaca hakimiyyətə meydan oxumasına YAP-dan belə təmkinli reaksiya düşündürücüdür. Eyni zamanda o da diqqəti çəkir ki, bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq, YAP-ın funksionerləri və digər deputatları, məsələn, belə hallarda həmişə ilk dillənən Siyavuş Novruzov Əli İnsanovun sərt meydan oxuması qarşısında hələ ki, susqunluq nümayiş etdirirlər. Hətta belə məlumatlar da var ki, bir çox deputatlar jurnalistlərin mövzu ilə bağlı müraciətlərini cavabsız buraxıblar. Belə görünür ki, hakimiyyət sabiq nazirə münasibətdə necə bir mövqe tutulacağına qərar verməyib, bu səbəbdən "yuxarıdan" təlimat gəlməmiş heç kim danışmaq istəmir.

Fikrimizcə, Əli İnsanovun gözlənilən mətbuat konfransından sonra ortaya mövqe qoyulacaq. Yəni sabiq nazirin bu mətbuat konfransında nə deyəcəyindən çox şey asılıdır.

Rasim ƏLİYEV

AzPolitika.info

Şərhlər

Mehdi 2019-03-18 11:14:39

Ellerinizi bir birine surtunki bunlar bir birini qirib catsinlar.

Mirzəzadəyə 2019-03-18 11:14:39

Azərbaycanda demokratiya necə inkişaf edib ki,sərbəst söz azadlığı,toplaşma azadlığı boğulur.İnsan yalan danışanda gərək bir az da olsa gördüklərinə və eşitdiklərinə qiymət verməyi bacarsn.Gözünü yumub yalan danışmaq ayıbdır!

NURəddin 2019-03-18 11:14:39

ƏLİ İNSANOVUN AZADLIĞA ÇIXMASINI ALQIŞLAMIRAM.ÇÜNKİ ONUN MEDİAYA VƏ İCTİMAİYYƏTƏ SƏRGİLƏDİYİ ALÇALDICI JESTLƏRİ HEÇ DƏ UNUTMAMIŞAM. DÜNYƏVİ CƏZASINDAN BİR YOLLA XİLAS OLSA DA YƏQİN Kİ, AXİRƏTDƏ HAQQIN DİVANINDAN QURTARA BİLMƏYƏCƏK.XALQ ADI ÇƏKSƏ DƏ ADAMIN MÜBARİZƏSİ HEÇ DƏ MİLLƏTİN AZADLIĞI VƏ HAQLARI UĞRUNDA DEYİL, SIRF ŞƏXSİ İNTİQAM ZƏMİNİNDƏDİR.ODUR Kİ, ƏTRAFINA ANCAQ VƏZİFƏDƏN VURULMUŞ YANIQLILARI,ÖZÜ KİMİ KÖNÜLLÜ OLARAQ CƏHƏNNƏMİ SEÇƏNLƏRİ TOPLAYA BİLƏR.MƏNSƏ ONA HƏR İKİ DÜNYADA ALÇALMAĞI ARZULAYIRAM.

zakir-sirvanli 2019-03-18 11:14:39

eli insanov vaxt var idi isa qembere deyirdi ki 3 milyon qerbi azerbaycanlini- yeni yerazlari qaldiraram uzerine onlarin ayaqlari altinda qalarsan-eli muellim tarixin ironiyasina bax-ele hemin qerbi azerbycanlilar- yerazlar senin uzune durdular....

Elli 2019-03-18 11:14:39

əvvəllər daha yaxşı yaşayırdıq. İldən-ilə, gündən-günə, saatba-saat vəziyyətimiz daha da pisləşir.

Bashirov Qarib 2019-03-18 11:14:39

Deputadın əhalidən xəbəri yoxdur.Xalq ulu öndərin zamanında daha yaxşı yaşayırdı,qayda-qanun var idi.Məmurlar indikindən fərqli olaraq xalqa xidmət edirdi.Deputadın o dövru pisləməsi, guya,indi idarəolunmanın daha yaxşı olması deməsi absurddur.

Vətəndaş 2019-03-18 11:14:39

Bir zamanlar o, ölkədə azad seçki, demokratiya, insan haqlarına riayət tələb edən müxalifətçiləri "Qərbin agentləri", "faşistlər" adlandırır, parlamentin tribunasından çıxış edərək onların güllələnməli olduğunu deyirdi. Bu gün Əli İnsanov özü Qərb demokratiyasından və insan hüquqlarından, haqsızlıqdan bəhs edir.

Bu, paradoksal olduğu qədər də anlaşılandır. Çünki o vaxt nazir Əli İnsanov başqa bir mövqedəydi, iqtidar komandasının ən nüfuzlu beş adamından biriydi, müxalifləri komandasına və şəxsən özünə təhlükə sayırdı. Ancaq sonradan məlum oldu ki, onun üçün əsl təhlükə başqa yerdə gizlənirmiş - özünün hüdudsuz ambisiyalarında.

Bəs hansı Əli İnsanov səmimidir: demokratları repressiya etdirmək istəyən nazir Əli İnsanov, yoxsa indi demokratiyadan danışan sabiq dustaq Əli İnsanov? İkisinin də səmimi olması qeyri-mümkündür. Ancaq ikisinin də qeyri-səmimi olması tamamilə mümkündür.

EJDER 2019-03-18 11:14:39

HESAB EDIREM KI,BU ANALOQU OLMAYAN HPKUMETIMIZIN ,ANALOQU OLMAYAN INKIWAFI CAMAATA SIRIMASI NAQILDAN BAWQA BIR WEY DEYIL.WUBHENIZ VARSA 27 ILDI KI,TAPILMAYAN ,,LAZIM,,DAN SORUWUN.WEXSEN ,NAQILLARDAN BEZMIWEM...BOW BOW VEDLER,ANALOQU OLMAYAN ISLAHATLAR...GOMRUK LEQV OLUNMALIDI...CAMAATA IMKAN VERIN DOLANSIN,BESDIRIN ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol