Menu

Gürcüstanda NATO təlimləri başladı - 24 ölkə iştirak edir

18.03.2019, 23:30
Gürcüstanda NATO təlimləri başladı - 24 ölkə iştirak edir

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, bu gün qonşu Gürcüstanda «NATO-Georgia Exercise 2019» komanda-qərargah təlimləri start götürüb. Təlimlərdə 24 NATO ölkəsinin və alyans həmkarlarının hərbçiləri iştirak edir.

Builki təlimlərdə Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, ABŞ və NATO-nun 4 həmkar ölkəsi - Azərbaycan, Finlandiya, Gürcüstan və İsveç iştirak edir.

Bildirilir ki, hərbçilər «böhranlı situasiyaya reaksiya zamanı qarşılıqlı fəaliyyətin məşq olunmasını» planlaşdırırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol