Menu

"Sədərək" ticarət mərkəzinə gedən yol bağlanır

25.08.2014, 10:28
"Sədərək" ticarət mərkəzinə gedən yol bağlanır

Dairəvi yolun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi (“Sədərək” ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, bu, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir.

Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-ə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol