Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından virtualaz.org-a bildiriblər ki, hadisə yerinə 5 təcili yardım briqadası cəlb edilib. Briqada 5 nəfərə tibbi yardım göstərib. 49, 58 və 68 yaşlı 3 nəfər tüstüdən zəhərlənib. 65 və 73 yaşlı iki sakin isə təşviş keçirdiyindən səhhəti pisləşib. Hazırda 1 təcili yardım briqadası hadisə yerindədir. Təşvişə düşmüş sakinlərə yardım edilir.
Xatırladaq ki, bu, son vaxtlat Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən ilk hadisə deyil.


Şərhlər