Menu

FED baza faiz dərəcəsini dəyişilməz saxlayıb

20.03.2019, 23:11
FED baza faiz dərəcəsini dəyişilməz saxlayıb

ABŞ-ın ölkənin mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistmi (FED) baza faiz dərəcəsini hazırkı 2,25-2,5% səviyyəsində saxlayıb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin çərşənbə günü keçirilən iclasdan sonra yaydığı məlumatda bildirilir.

FED həmçinin 2019-cu ildə ABŞ-da inflyasiya səviyyəsi üzrə proqnozunu 1,8%-ə qədər, ölkə ÜDM-nin artım proqnozunu isə 2,1%-ə qədər azaldıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol