Menu

Göyçayda 7 yaşlı uşağı maşın vurub

20.03.2019, 22:51
Göyçayda 7 yaşlı uşağı maşın vurub

Göyçay rayonunda azyaşlını avtomobil vurub.“Trend”in məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsində baş verib. Ucar rayon sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlu şəhər ərazisində naməlum avtomobillə vurulub.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol