Menu

Quaido aparat rəhbərinin saxlanıldığını bildirib

21.03.2019, 18:32
Quaido aparat rəhbərinin saxlanıldığını bildirib

Venesuela müxalifətinin lideri, Milli Assambleyanın başçısı Xuan Quaido hökumət qüvvələrinin onun aparat rəhbəri Roberto Marreronu saxladığını açıqlayıb.

"Report" RT-yə istinadla xəbər verir ki, o, bu barədə "Twitter"də yazıb.

"Aparat rəhbərim Roberto Marrero qaçırılıb... O, dərhal azad edilməlidir," - Quaido bildirib.

Eyni zamanda, ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun Marreronun həbsini qınadığını söyləyib və onu azad etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol