REKTOR MƏRDƏKANDAKI DƏBDƏBƏLİ OTELİ NECƏ TİKDİRİB? - Fotolar

Xəzər Universitetindən maaş azlığına və müəllimlərin istismarına etiraz olaraq istefa verən fəlsəfə doktoru Mail Yaqub daha bir açıqlaması ilə gündəm yaradıb.

Mail Yaqub Axar.az-a açıqlamasında bildirib ki, tələbələrdən yığılan külli miqdarda vəsait müqabilində müəllimlərinə cüzi maaş verən və onları alçaldan universitetin qazancı təsisçi Hamlet İsaxanlının böyük biznesinin qurulmasına sərf olunur.

“Hamlet İsaxanlı Buzovna ilə Mərdəkan arasında "Khazar Golden Beach" adlı olduqca böyük və dəbdəbəli otel tikdirib. Otelin açılışı bir neçə ay öncə baş tutdu. Xəzər Universitetində tələbələrdən yığılan külli miqdarda vəsait qarşılığında müəllimlərinə cüzi maaş verən və onları təhqir etməkdən çəkinməyən universitet rəhbəri yığılan yüksək təhsilhaqqını gənclərin haqq etdiyi təhsili almasına deyil, onmilyonlara başa gələn otelə xərcləyir”.

Qeyd edək ki, M.Yaqub “hər il tələbələrindən fantastik məbləğdə pul yığıb fədakar müəllimlərinə qəpik-quruş əmək haqqı verməklə onları təhqir edən, tələbə və müəllimlərinin fikrinə zərrə qədər də dəyər verməyən” kimi xarakterizə etdiyi Xəzər Universitetindən istefa verib. O bildirib ki, təqribən 40 nəfərlik auditoriyaya həftədə 2 dəfə 90 dəqiqə dərs deyən müəllimə bir qrup qarşılığında 160 manat məvacib yazılır. Auditoriyada çox tələbənin olması dərsin keyfiyyətini azaltsa da, demək olar ki, son illər tələbələr qruplara bölünmür (ingilis dili dərsləri istisna olmaqla).

635x100

Şərhlər

Müəllim 2019-03-23 13:57:52

Gənclərin həyatının 4 ilini alıb səviyyəsiz təhsil vermək sonda iş yerlərinə təyinat verməyən universitetlər kimə və nəyə xidmət edir?Ölkənin gənc mütəxəssislərə tələbatını bilərəkdən dövlət təhsildə planlaşdırma aparmalıdır.Gənclərə uyğun sayda və lazımi ixtisaslar üzrə ali təhsil verilməsinin və universitet bitirdikdə isə gənclərin həyatını və gələcəyini nəzərə almağın vacibliyini düşünərək iş yerlərinə təyinatların verilməsi təmin edilməlidir.Yalnız bu zaman təhsildə keyfiyyət vəintizam ola bilər.

sual 2019-03-23 13:57:52

Qağa bu tənqiddən cox reklama bənzəməzmi ya?

Valideyin 2019-03-23 13:57:52

Özlərini sivil gösteren yırtıcılar? Təhsil prosesinin mütərəqqi silahlanma xərcləri (ehtimal ki, qazanc verəcək və sonda özəlləşəcək) əyləncə mərkəzlərinə xərclənirmiş? Məgzi görünməyən təhsil islahatından əyani nümunə!?

Veteran 2019-03-23 13:57:52

Siz de deyirsiz hakimiyyetin 4 cu wexsinde bu qeder pul haradandir. Deyirsiz yeni spiker bir rektor qeder de olmadi?

t.ədalət 2019-03-23 13:57:52

Hamlet İsaxanlı,təəssüf ki kasıb günlərini unudub.Altı dağılmış ayaqqabı ilə Nərimanbov r-nun küçələrində dolanır, 6 nömrəli tramvayda deputatlığa namizədliyini sınıq-salxaq şeir misraları ilə əzik-üzük kağızlara yazıb oturacaqlara yapışdırırdı..

Son yazılar