Menu

Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi

23.03.2019, 14:59
Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi

2019-cu ilin dövlət büdcəsində erməni hərbçilərin maaşlarının qaldırılması nəzərdə tutulmayıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının iclasında çıxışı zamanı Ermənistan müdafiə nazirinin müavini Qabriyel Balayan deyib. O bildirib ki, hazırkı dövrdə hərbçilərin maaşının 5000, hətta 1000 dram artırılması belə dövlət büdcəsi üçün ağırdır.

Amma o, ümidini də itirmir: "Bir il ərzində müstəqil maliyyə vəsaitlərinin yaranacağı halda hökumət yenidən büdcə dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcək və hərbçilərin maaşlarını artıracaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol