Menu

"İŞİD-in məğlubiyyətinə rəğmən, terrorçularla mübarizə hələ bitməyib" - Almaniya XİN

23.03.2019, 19:43
"İŞİD-in məğlubiyyətinə rəğmən, terrorçularla mübarizə hələ bitməyib" - Almaniya XİN

Almaniyanın xarici işlər naziri Hayko Maas Suriyanın Əl-Baquz şəhərinin İŞİD terror təşkilatından azad olunmasını alqışlayıb, lakin ekstremistlərlə mübarizənin hələ bitmədiyini deyib.

Bu barədə şənbə günü XİN-in mətbuat xidməti məlumat yayıb.

“İrəliyə mühüm addım atıldı. Bu uğura baxmayaraq, İŞİD-dən əhəmiyyətli dərəcədə təhlükə gəlməkdə davam edir. Nifrət və terrora qarşı mübarizəni davam etdirmək lazımdır”, – deyə Maas bildirib.

Daha əvvəl Ağ ev Suriyanın tam olaraq İŞİD-dən azad olunduğunu bəyan edib. (Report)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol