Fələstin Müqavimət Hərəkatının Siyasi Büro sədri Xalid Məşəl İranı sərt sözlərlə tənqid edib.
Publika.az xəbər verir ki, o, Bəşər Əsədin Suriya xalqına tətbiq etdiyi qətliamlara işarə edib.
Məşəl qeyd edib: “Əvvəllər İran HƏMAS-ın ən güclü müttəfiqi idi. Amma Suriyada Bəşər Əsədə verdiyi dəstəklə o, suriyalılara qarşı tətbiq edilən qətliamlara şərik oldu. Biz bunu qəbul edə bilmərik. İran artıq HƏMAS-ın müttəfiqi deyil”.


Şərhlər