Menu

Müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq

25.03.2019, 13:12
Müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq

Prezident İlham Əliyevin 2019-cu il fevralın 25-də imzaladığı sərəncamda müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq.

Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir.

Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində əlavə 80 milyon manat əlavə vəsait ayrılacaq.

Şərhlər

pensioner 2019-03-25 13:12:20

Axır ki,veteranlar yada düşdü.Yekə,hündür kreslolarda oturanlara 1994-cü ildə qəbul olunmuş "Veteranlar haq-da qanun"un hazırkı sünnət olunmuş variantına nəzər salmalarını istərdim.Həmin qanunun indiki varianiına baxdıqda veteranların nə gündə olduqları aydın görünür.

t.ədalət 2019-03-25 13:12:20

Müharibə veteranlarının hansı şəraitdə bu ada sahib olduqları araşdırılmalıdır.Əgər işğal olunmuş ərazilərdə ezamiyyətdə olmağa görə bu ad verilibsə,onda köçkünlərin hamısı veteran adı almalıdır.Döyüş zonasında,döyüşən ordu ilə birlikdə olmayan KİV işçilərinə də veteran adı vermək doğru deyildir.Əks təqdirdə, veteran adı da nazir katibələrinə verilən əməkdar jurnalist adına bənzəyəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol